“Honda” 95 minə yaxın avtomobili geri çağırdı - SƏBƏB

“Honda” 95 minə yaxın avtomobili geri çağırdı - SƏBƏB
09:17 14 Avqust 2019
Ölkə mətbuatı
A- A+

"Honda" şirkəti Çin bazarında 95 minə yaxın avtomobili geri çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.

Qeyd olunur ki, yastıqlar işə düşdüyü zaman parçalana bilər, bu isə sürücü və sərnişinlərin həyatı üçün təhlükə yaradır.

Geri çağırılma 2002-ci ilin noyabrından 2015-ci ilin iyununa kimi Çində istehsal olunmuş "Crosstour", "Fit", "City", "Accord", "Odyssey" və "Everus S1" modellərinə şamil olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/avto/777997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR