ABŞ daha iki erməni şirkətini qara siyahısına saldı

ABŞ daha iki erməni şirkətini qara siyahısına saldı
09:52 14 Avqust 2019
66 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Ticarət Nazirliyi Ermənistanın İrəvan Əlaqə Vasitələri Elmi Tədqiqat İnstitutu Qapalı Səhmdar Cəmiyyəti və "Markel" Qapalı Səhmdar Cəmiyyətini öz qara siyahısına salıb.

Milli.Az Axar.az-a istinadla xəbər verir ki, bu barədə məlumat ABŞ Ticarət Nazirliyinin saytında yer alıb. Məlumata görə, İrəvan Əlaqə Vasitələri Elmi Tədqiqat İnstitutunun bu siyahıya düşməsinə səbəb QSC-nin ABŞ Təhlükəsizlik və Sənaye Bürosunun kommersiya nəzarəti siyahısında olan malları lazımi lisenziyalar olmadan reeksport etməsi olub. Digər tərəfdən Vaşinqton hər iki QSC-nin icraçı direktorunun ABŞ sanksiyaları altında olan İran təşkilatları ilə bizneslə məşğul olduğu bildirilib.

Nazirlik sanksiyaların çərşənbə günündən qüvvəyə mindiyini vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/778008.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR