Azərbaycanda aprel ayında sürüşmə zonalarındakı aktivləşmə dərəcəsi açıqlanıb

12:17 12 May 2015
43 Sosial
Ölkə mətbuatı
A- A+

O bildirib ki, keçən ay sürüşmə zonalarında aparılan monitorinqlərdə elə ciddi dəyişiklik qeydə alınmayıb: "Aprel ayında Bakı və Abşeron yarımadasındakı klassik sürüşmə sahələrində dəyişiklik baş verməyib. Həmin ərazilərdə mövcud sürüşmə sahələrində vəziyyət stabildir. Əsasən sürüşmə baş vermiş və tədbirlərin həyata keçirildiyi ərazilərdə vəziyyət sakitdir. Digər ərazilərində də monitorinq keçirilib. Elə bir ciddi dəyişiklik qeydə alınmayıb”.
S. Əmiraslanov eyni zamanda respublika ərazisində sürüşmənin aktiv olduğu yerlərin adını xatırladıb: "Aktivləşmə prosesi hər zaman olduğu kimi Masallı-Yardımlı və Lənkəran-Lerik avtomobil yolunda olur. Bundan başqa, Quba-Xınalıq, Quba-Qonaqkənd, Ağsu aşırımı, Bakı-Şamaxı və Muğanlı-İsmayıllı avtomobil yollarında nisbətən aktivləşmə qeydə alınıb”.

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/azerbaycanda-aprel-ayinda-surusme-zonalarindaki-aktivlesme-derecesi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR