"Mançester Yunayted"in futbolçusundan "Qarabağ"a vurulan qola reaksiya - FOTO

"Mançester Yunayted"in futbolçusundan "Qarabağ"a vurulan qola reaksiya - FOTO
11:42 14 Avqust 2019
123 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ" evdə ilk oyunda 2:1 hesabı ilə qalib gəldiyi APOEL-ə uduzaraq (0:2) mübarizəni dayandırdı.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, qarşılaşmada APOEL-i pley-off mərhələsinə yüksəldən qolu Niksosiya təmsilçisinin yarımmüdafiəçisi Uroş Matiç imza atıb.

29 yaşlı serbiyalı yarımmüdafiəçi "Mançester Yunayted"in ulduz futbolçusu Nemanya Matiçin kiçik qardaşıdır. Serbiya yığmasının üzvü "Qarabağ"a qol vuran futbolçunu "instagram" hesabında təbrik edib. "Səninlə fəxr edirəm, qardaşım", sözlərini yazan 31 yaşlı futbolçu hekayə bölməsində paylaşım edib.

APOEL Matiçi "Kopenhagen"dən icarəyə götürüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/778036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR