İstanbulda hoteldə yanğın: Turistlər xəsarət alıb

İstanbulda hoteldə yanğın: Turistlər xəsarət alıb
11:57 14 Avqust 2019
65 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbulda Fatih rayonunda hotellərdən birində yanğın başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yanğın nəticəsində tüstüdən zəhərlənənlər olub. Zəhərlənənlərin əcnəbilər olduğu qeyd edilir, lakin onların vətəndaşlığı barədə məlumat verilmir. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.

Hazırda hotelin ərazisi nəzarətə götürülüb, hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/778042.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR