ABŞ daha iki erməni şirkətini "qara siyahı"sına saldı

ABŞ daha iki erməni şirkətini "qara siyahı"sına saldı
12:03 14 Avqust 2019
35 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Ticarət Nazirliyi Ermənistanın İrəvan Əlaqə Vasitələri Elmi Tədqiqat İnstitutu Qapalı Səhmdar Cəmiyyəti və “Markel” Qapalı Səhmdar Cəmiyyətini öz qara siyahısına salıb.

Axar.az xəbər verir ki, bu barədə məlumat ABŞ Ticarət Nazirliyinin saytında yer alıb. Məlumata görə, İrəvan Əlaqə Vasitələri Elmi Tədqiqat İnstitutunun bu siyahıya düşməsinə səbəb QSC-nin ABŞ Təhlükəsizlik və Sənaye Bürosunun kommersiya nəzarəti siyahısında olan malları lazımi lisenziyalar olmadan reeksport etməsi olub. Digər tərəfdən Vaşinqton hər iki QSC-nin icraçı direktorunun ABŞ sanksiyaları altında olan İran təşkilatları ilə bizneslə məşğul olduğu bildirilib.

Nazirlik sanksiyaların çərşənbə günündən qüvvəyə mindiyini vurğulayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/287417.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR