Bu tarixdən hərarət yüksələcək - Baş hidroloq açıqladı

“Yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti müşahidə olunacaq”.

Metbuat.az bildirir ki, bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, avqustda mülayim küləkli hava şəraiti gözlənilir: “Bu ay cənub, cənub-şərq küləyi üstünlük təşkil edəcək. Temperatur nisbətən yüksələcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu ayın 15-i, 16-sı 30-35 dərəcə, 17-də isə 31-36 dərəcə arasında dəyişəcək”.

Baş hidroloq qeyd edib ki, avqustun 17-dən başlayaraq temperatur tədricən yüksələcək: “Avqustda kəskin istilər gözlənilmir. Havanın temperaturu 31-36 dərəcə arasında dəyişəcək”.

A.Verdiyev bildirib ki, arada küləkli hava şəraiti müşahidə olunsa da, güclü külək gözlənilmir. (APA)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR