Sumqayıtda kirayədə qalanı öldürən şəxs saxlanıldı - Cinayətin SƏBƏBİ

Sumqayıtda kirayədə qalanı öldürən şəxs saxlanıldı - Cinayətin SƏBƏBİ
13:12 14 Avqust 2019
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində kirayədə yaşamış Bislan Bakayevin qəsdən öldürülməsi ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şəhərin polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində B.Bakayevin qəsdən öldürülməsində şübhəli bilinən 1987-ci il təvəllüdlü Muxtarov Tural Arif oğlu tutulmuş, hadisə yerindən cinayətin aləti olan 1 ədəd bıçaq aşkar edilərək maddi sübut kimi götürülmüşdür.

T.Muxtarov müdafiəçinin iştirakı ilə dindirilərkən ifadəsində cinayətin şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı törətdiyini etiraf edib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/778082.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR