Polisə zəng etdi, marketi partladacağını dedi

Polisə zəng etdi, marketi partladacağını dedi
13:18 14 Avqust 2019
37 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda polisə yalan məlumat vermiş şəxs yaxalanıb.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, avqustun 12-də özünü Q.Qəribov kimi təqdim etmiş şəxs mobil telefondan polisə zəng edib Xətai rayonu Dostluq küçəsində yerləşən marketə 100 manat pul borcunun olması səbəbindən həmin marketi partladacağı barədə məlumat verib.

Araşdırmalarla məlumat təsdiqini tapmamış, zəng edənin həmin küçədə yaşayan, ruhi xəstə Q.Qəribov olması müəyyən edilib.

O, saxlanılaraq Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/287439.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR