Azərbaycanda silahlı insident – Ehtiyatsızlıqdan qonşusunu güllələdi

Azərbaycanda silahlı insident – Ehtiyatsızlıqdan qonşusunu güllələdi
13:38 14 Avqust 2019
28 Digər
Ölkə mətbuatı
A- A+

Xaçmaz rayonunda silahlı incident qeydə alınıb.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 12-də Xaçmaz rayonu Yeni Həyat kəndində yayaşayan R.Kamilov sağ və sol baldır nahiyəsindən qırma yaraları ilə xəstəxanaya gətirilib.

Araşdırmalar zamanı R.Kamilovun xəsarəti qonşusu Q.Binaliyevın yaşadığı evin həyətində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən alması müəyyən edilib.

Görülmüş tədbirlərlə Q.Binaliyev saxlanılıb və ondan müvafiq sənədləri olmayan 1 ədəd “TOZ-16” markalı tüfəng götürülüb.

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/287441.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR