İran nüvə sazişi ilə bağlı öhdəliklərini daha da ixtisar etmək niyyətindədir

İran nüvə sazişi ilə bağlı öhdəliklərini daha da ixtisar etmək niyyətindədir
13:57 14 Avqust 2019
40 Digər
Ölkə mətbuatı
A- A+

"İran hökuməti nüvə sazişinin başqa iştirakçı ölkələr tərəfindən əməl olunması ilə bağlı vəziyyət dəyişməsə, öz öhdəliklərini ixtisar etmək istiqamətində üçüncü addım atmağa hazırdır".
“Report” xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani bildirib.
“Öhdəliklərimizi yerinə yetirməyi ixtisar etməyimizə gəlincə, bu məsələdə mövqeyimiz əvvəlki kimidir. Təyin etdiyimiz 60 günlük müddət ərzində nəticə olmasa, mütləq üçüncü mərhələyə keçəcəyik”, – İran prezidentinin rəsmi saytında yerləşdirilən bəyanatda qeyd olunur.
Bəyanatda bundan sonra məsələnin həllinin tapılması üçün İranın daha 60 günlük müddət təyin edəcəyi də göstərilir.


Xəbərin orijinal ünvanı: https://report.az/region/i-ran-nuve-sazisile-bagli-ohdeliklerini-yene-ixtisar-etmek-niyyetindir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR