Azərbaycanda futbol hakimlərinin qonorarlarına dəyişiklik edilib

Azərbaycanda futbol hakimlərinin qonorarlarına dəyişiklik edilib
14:12 14 Avqust 2019
15 Digər
Ölkə mətbuatı
A- A+

2019/2020 mövsümündə futbol üzrə Premyer Liqa və Azərbaycan Kubokunun oyunlarını idarə edəcək baş hakimlərin qonorarları azaldılıb.
“Report” xəbər verir ki, referilər ötən il olduğu kimi, hər bir matç üçün 700 manat deyil, 650 manat alacaqlar. Əvəzində, I Divizionunun qarşılaşmalarında iş başında olacaq yan xətt hakimləri, hakim-inspektorlar və AFFA nümayəndələrinə 150 manat deyil, 200 manat ödəniləcək.


Premyer Liqa və Azərbaycan Kuboku
Baş hakim – 650 manat
Yan xətt hakimi – 400 manat (hər biri)
Ehtiyat hakim – 250 manat
Hakim-inspektor – 300 manat
AFFA nümayəndəsi – 300 manat


I Divizion
Baş hakim – 300 manat
Yan xətt hakimi – 200 manat (hər biri)
Ehtiyat hakim – 120 manat
Hakim-inspektor – 200 manat
AFFA nümayəndəsi – 200 manat


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycanda-futbol-hakimlerinin-qonorarlarina-deyisiklik-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR