Milyonçu qadının qızı hovuzda boğulub öldü - FOTO

Milyonçu qadının qızı hovuzda boğulub öldü - FOTO
14:27 14 Avqust 2019
80 Dünya
Ölkə mətbuatı
A- A+

Milyonçunun 18 yaşlı qızı boğularaq ölüb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Mayorka adasında villanın həyətindəki hovuzda boğulan yeniyetmənin milyonçunun qızı olduğu aşkarlanıb.

18 yaşlı Josie Clacher səhər saatlarında hovuzda üzərkən boğulub. Onun yaxın dostları cəsədini sudan çıxarıblar.

Səs-küyü eşidən qonşular hadisə yerinə həkim və polis çağırıblar. Həkimlər qızın boğularaq öldüyünü söyləyiblər.

Qeyd edək ki, İngiltərənin Şropşayr qraflığındakı təhsil müəssisələrinin birində oxuyan Josie Clacher Rachel Clacher adlı biznesledinin qızıdır. O, "Moneypenny" şirkətinin qurucusudur.

İsmayıl
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/778119.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR