Azərbaycanın ali məktəbi ingilisdilli mütəxəssislər hazırlayacaq

Azərbaycanın ali məktəbi ingilisdilli mütəxəssislər hazırlayacaq
12:28 12 May 2015
48 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 may /Trend/

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun Almaniyanın Düsseldorf şəhərinə səfəri çərçivəsində Avropanın tanınmış şirkətlərindən olan E.On şirkətinin dəstəyi ilə və Axen Universiteti ilə birlikdə Bərpaolunan Enerji Mərkəzinin yaradılması haqqında sənəd imzalayıb.

BANM-dən Trend-ə verilən məlumata görə, E.On şirkəti alternativ enerji, tədqiqat, istehsal və qlobal enerji məsələləri sahəsində ixtisaslaşmış dünyanın ən böyük şirkətlərindən biridir. Şirkətin sözügedən sahələrdə uzunmüddətli və geniş təcrübəsi BANM-də ən müasir texnologiyalarla təchiz olunmuş mərkəzin qurulmasında hərtərəfli texniki dəstək göstərməyə imkan yaradacaq.

Səfər çərçivəsində, eyni zamanda, Axen Universiteti ilə Bərpaolunan Enerji Mühəndisliyi və Geologiya Mühəndisliyi üzrə birgə kadrların hazırlanması barədə niyyət protokolu imzalanıb. BANM ilə Axen Universiteti arasındakı əməkdaşlıq bakalavr pilləsində universitetin tədris proqramları çərçivəsində və müasir təlim texnologiyaları əsasında BANM-də ingilisdilli mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2393719.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR