Qonşu ölkə 4 günlük iş sisteminə keçir

Rusiya həftəlik iş sistemində yeniliyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, yeni sistemə görə, Rusiyada həftənin 4 günü çalışıb, 3 gün tətil edəcəklər.

Belə ki, ölkədə insanların özlərinə və ailələrinə daha çox zaman ayıra bilməsi, işsizlik səviyyəsinin azaldılması üçün bu sistem üzərində iş aparılır.

Əhali arasında aparılan sorğu nəticəsində isə məlum olub ki, sakinlərin 43 faizi həftədə 4 gün işləmək sisteminə qarşıdır.

Belə ki, əhali az işləyəcəyi halda əmək haqqlarının azalmasından qorxur. Lakin Rusiya dövləti əhalinin 4 həftəlik iş sistemində də mövcud maaşları saxlamağı hədəfləyib.

İşverənlərin və işləyənlərin uyğunlaşması üçün yeni sistemə keçid mərhələli şəkildə həyata keçiriləcək. (Lent.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR