Siam əkizlərinin hekayəsi eşidən hər kəsi hüznləndirir - FOTO

Siam əkizlərinin hekayəsi eşidən hər kəsi hüznləndirir - FOTO
15:12 14 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Seneqallı siam əkizləri Endaye və Mariyamenin hekayəsi eşidən hər kəsi hüznləndirir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, qızlar doğulduğu zaman həkimlər cəmi bir neçə saat ömürləri olduğunu desələr də, onlar artıq 3 yaşındadırlar.

Dünyada siam əkizlərinin ayrılması üçün uğurlu əməliyyatlar aparılsa da, bu Endaye ve Mariyame üçün mümkün deyil. Qızların ayrı ürəkləri olsa da, qaraciyərləri, həzm sistemi orqanları eynidir. Mariyamenin ürəyində anadan gəlmə qüsur var. Həkimlərin onun həyatı bahasına Endayeni qurtarmağı təklif etsələr də, ataları İbrahim razılaşmayıb.

"Əlimdən gələn tək şey hər zaman yanlarında olmaqdır. Bir balamı yaşada bilmək üçün digərini öldürmərəm", deyə o bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/778003.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR