Lerikdə avtomobil dərəyə aşıb, üç nəfər xəsarət alıb

Lerikdə avtomobil dərəyə aşıb, üç nəfər xəsarət alıb
15:22 14 Avqust 2019
50 Digər
Ölkə mətbuatı
A- A+

Lerik rayonunda yol qəzası baş verib. 
“Report”un Cənub Mərkəzinin məlumatına görə, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Babəli Canəli oğlu Məhərrəmovun idarə etdiyi “Lexus” markalı minik avtomobili dağlıq ərazidə yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - 2004-cü il təvəllüdlü Seyidəli Babəli oğlu Məhərrəmov və 2000-ci il təvəllüdlü Müseyib Baləddin oğlu Cahangirov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Vəziyyəti daha ağır olan sürücü Reanimasiya, digərləri isə Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lerikde-avtomobil-dereye-asib-uc-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR