İranın girov götürülən tankeri bu tarixdə azad olunacaq

İranın girov götürülən tankeri bu tarixdə azad olunacaq
15:28 14 Avqust 2019
33 Digər
Ölkə mətbuatı
A- A+

Keçən ay İngiltərə tərəfindən saxlanılan İran tankeri sərbəst buraxılacaq.

Publika.az fars mediasına əsasən xəbər verir ki, bu barədə İranın dövlət qurumları məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Birləşmiş Krallıq hökumətinin Cəbəllütariq Boğazında saxladığı İran neft tankeri bu gün azad olunacaq.

Qeyd edək ki, iyulun 4-də Cəbəlliütariq boğazında İran neftini daşıyan “Grace-1” tankeri Böyük Britaniya hərbçiləri tərəfindən saxlanılıb. Tankerin saxlanılmasına səbəb Suriyaya tətbiq edilən embarqo olduğu qeyd edilir. Belə ki, adıçəkilən tankerin Suriyaya sanksiyalara baxmayaraq, neft daşıdığı iddia edilib.

İyulun 19-da isə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Donanması Hörmüz boğazında Britaniyanın "Stena impero" adlı neft tankerini beynəlxalq dəniz qaydalarına əməl etmədiyinə görə saxlayıb.

Leyla


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/287447.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR