Əlahiddə Ümumqoşun Orduda zabitlərlə təlim-metodiki toplantı keçirilib

Əlahiddə Ümumqoşun Orduda zabitlərlə təlim-metodiki toplantı keçirilib
15:42 14 Avqust 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

Əlahiddə Ümumqoşun Orduda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bu il bitirmiş, hərbi hissələrdə müvafiq vəzifələrə təyin edilərək xidmətini davam etdirən zabitlərlə təlim-metodiki toplantı keçirilib.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 
Toplantıda əsas diqqət zabitlərin taktiki biliklərinin, qərar qəbuletmə bacarıqlarının artırılmasına, xidmətə düzgün istiqamətləndirilməsinə yönəldilib. 
Toplantı çərçivəsində Naxçıvan Muxtar Respublikasının gəzməli-görməli, tarixi-mədəni yerlərinə və muzeylərinə ekskursiyalar təşkil olunub. 
Həmçinin zabitlər Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində, ön xətdəki mövqelərində şəxsi heyətin sosial-məişət və xidmət şəraiti ilə tanış olublar.








Xəbərin orijinal ünvanı: https://report.az/herbi/elahidde-umumqosun-orduda-zabitlerle-telim-metodiki-toplanti-kecirili

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR