Yasamalda məcburi köçkünlərin yaşadığı binanın həyətində yanğın olub

Yasamalda məcburi köçkünlərin yaşadığı binanın həyətində yanğın olub
16:02 14 Avqust 2019
40 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda məcburi köçkünlərin yaşadığı binanın həyətyanı sahəsində yanğın baş verib. 
"Report"un məlumatına görə, hadisə Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb. 
Nəticədə otlaq və yardımçı yarımtikililər də daxil olmaqla, təxminən 5000 kvadratmetr ərazi yanğına məruz qalıb. 
Yanğın söndürülüb, alovun yaşayış binalarına keçməsinin qarşısı alınıb. 
Faktla bağlı araşdırma aparılır. 
Ramin Şahbazov







Xəbərin orijinal ünvanı: https://report.az/hadise/yasamalda-mecburi-kockunlerin-yasadigi-binanin-heyetinde-yangin-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR