Yasamalda məcburi köçkünlərin yaşadığı binanın həyətində yanğın olub - FOTO + VİDEO

Bakıda məcburi köçkünlərin yaşadığı binanın həyətyanı sahəsində yanğın baş verib.

Metbuat.az bildirir ki, hadisə Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Nəticədə otlaq və yardımçı yarımtikililər də daxil olmaqla, təxminən 5000 kvadratmetr ərazi yanğına məruz qalıb.

Yanğın söndürülüb, alovun yaşayış binalarına keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.


(Report)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR