Naxçıvan Döyüş Şöhrəti Muzeyindəki eksponatların sırasına zenit raket kompleksləri və döyüş təyyarələri daxil edilib - FOTO + VİDEO

Muxtar respublikamızda ən çox ziyarət edilən məkanlardan olan açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyindəki eksponatların sırasına zenit raket kompleksləri və döyüş təyyarələri daxil edilib.

Metbuat.az bildirir ki, ötən il 26 adda eksponatla fəaliyyətə başlayan Naxçıvan Döyüş Şöhrəti Muzeyində bu gün 36 adda silah, texnika və qurğu mövcuddur.

Hazırda muzeydə müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş və döyüş yolu keçmiş haubitsa, top və minaatanlar, “S-75”, “S-125”, “S-200” zenit raket kompleksləri, “Mi-8T” döyüş-nəqliyyat vertolyotu, “SU-17” və “MİQ-21” döyüş təyyarələri, mühəndis texnikaları, tanklar, piyadanın döyüş maşınları, zirehli transportyorlar, dartıcılar, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər nümayiş olunur.

Ümumi sahəsi 13 min kvadratmetr olan Naxçıvan Döyüş Şöhrəti Muzeyində hər bir döyüş texnikası audi-məlumatlandırma sistemi ilə təmin edilib.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR