Azərbaycanda özünü qoz ağacından asan nişanlı gəncin məktubu tapıldı: "Oğlun olsa, adımı qoyarsan"

Azərbaycanda özünü qoz ağacından asan nişanlı gəncin məktubu tapıldı: "Oğlun olsa, adımı qoyarsan"
17:27 14 Avqust 2019
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, İsmayıllıda intihar hadisəsi baş verib. 

Hadisə rayonun Şəbyan kəndində qeydə alınıb.

1986-cı il təvəllüdlü Piriyev Səbuhi Arif oğlu özünü həyətindəki qoz ağacından asıb.

Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə aşkarlanıb.

S.Piriyev intihardan əvvəl məktub yazıb.

Məktubda qeyd edilib ki, ona aid torpaq sahələri adlarını yazdığı qohumları arasında bölüşdürülsün. Bundan əlavə, qardaşına vəsiyyət edib ki, oğlu olsa, onun adını qoysun. 

Qeyd edək ki, intihar edən şəxs nişanlı imiş, ayın axırı toyu olacaqmış. O, Qurban bayramında nişanlısıgildə olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/778198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR