Azərbaycanda istirahət mərkəzindən silah oğrulandı

Azərbaycanda istirahət mərkəzindən silah oğrulandı
17:43 14 Avqust 2019
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Qusar rayonu ərazisindəki istirahət mərkəzlərinin birindən oğurluq edən şəxs tutulub.

Publika.az xəbər verir ki, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 5-də rayon ərazisindəki istirahət mərkəzlərinin birindən 470 manat, 1 ədəd musiqi aləti (saz) və müvafiq sənədləri olan 1 ədəd “İJ-27” markalı ov tüfəngini oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini X.İsmayılov saxlanılıb. Hadisədə iştirak etmiş daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.

Araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/287464.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR