Yaponiyada 400-ə yaxın reys təxirə salındı

Yaponiyada 400-ə yaxın reys təxirə salındı
17:47 14 Avqust 2019
75 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiyada "Krosa" qasırğasının yaxınlaşması ilə əlaqədar 400-ə yaxın daxili reys təxirə salınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün Küsü adasından hərəkət etməli olan 170 aviareys, sabaha nəzərdə tutulan 228 aviareys təxirə salınıb.

Hazırda qasırğa Taneqasima adasından 190 kilometr şərqdə hərəkət edir. "Krosa"nın avqustun 15-ə keçən gecə Küsü adasına yaxınlaşacağı gözlənilir.

Qasırğa güclü leysanlarla müşayiət olunacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/778133.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR