Alim Xəzərin səviyyəsindən danışdı: dəniz bizi tərk edir

Alim Xəzərin səviyyəsindən danışdı:  dəniz bizi tərk edir
18:12 14 Avqust 2019
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi fəlakət kimi qiymətləndirilmir. 

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov deyib.

"Xəzər dənizində suyun səviyyəsinin bir metrdən çox aşağı düşməsi fəlakət deyil, bu, ekstremal vəziyyət hesab olunmur", - deyə alim bildirib.

Hazırda Xəzərdə suyun səviyyəsinin aşağı düşdüyü müşahidə edilir. Məmmədovun fikrincə, buna baxmayaraq, ola bilsin ki, zamanla suyun səviyyəsi yüksəlsin.

"Ola bilsin, bir müddət sonra suyun səviyyəsi əvvəlki vəziyyətinə qayıdacaq. Xəzər dənizində dəyişikliklər dövri xarakter daşıyır", - alim deyib.

Xəzəri hasarlamaq hər adamın işi deyil - Reportaj>>

Onun sözlərinə görə, 1978-ci ildən 1995-ci ilədək olan dövrdə dənizdə suyun səviyyəsi 2,5 metrədək yüksəlib və bu, Azərbaycan iqtisadiyyatına çox böyük həcmdə ziyan vurub. Bu ziyan 2,5 milyard dollar dəyərində qiymətləndirilib.

"Bu, ekstremal vəziyyət idi. Hazırda isə bu həddə ziyan müşahidə edilmir", - deyə Məmmədov əlavə edib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/778143.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR