İsrailli müdafiəçi: "Neftçi"nin hücum xəttindən xəbərdaram"

İsrailli müdafiəçi: "Neftçi"nin hücum xəttindən xəbərdaram"
19:07 14 Avqust 2019
38 Digər
Ölkə mətbuatı
A- A+

"Neftçi"yə artıq bələdik. Xüsusən bir müdafiəçi kimi komandanın hücum xəttindən xəbərdaram". 
"Report"un Təl-Əvivə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri İsrailin "Bney Yehuda" klubunun futbolçusu Dan Mori "Neftçi" ilə keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçından öncə mətbuat konfransında deyib. 
31 yaşlı israilli müdafiəçi bildirib ki, sabah "Neftçi"ni dayandırmaq üçün əlllərindən gələni edəcəklər: "Psixoloji hazırlıq hər zaman önəmlidir. İlk matçdan üstün ayrıldığımızı düşünsək, bu, bizə çətinlik yarada bilər. Artıq cavab oyunu barədə düşünürük. Bilirik ki, matça hazır olacağıq". 
Qeyd edək ki, avqustun 15-də Petak Tikvadakı "Ha Moshava" stadionunda keçiriləcək "Bney Yehuda" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bakıdakı ilk görüş heç-heçə ilə nəticələnib - 2:2.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-srailli-mudafieci-neftci-nin-hucum-xettinden-xeberdaram

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR