Qəzaya düşdü, piyada qadını öldürdü

11:32 16 Yanvar 2015
102 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saat 10 radələrində Şəkidə ağır yol nəqliyyat hadisəsi baş verib.

"KANAL S" (Region TV) xəbər verir ki, şəhərin Bəxtiyar Vahabzadə küçəsində qeydə alınan qəzada bir nəfər həyatını itirib. Qəza 10 RL 617 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobilin idarəetmədən çıxması nəticəsində baş verib. Nəticədə avtomobil yol kənarındakı səki ilə hərəkət edən 35-40 yaşlarında piyada qadını vurub. Hələlik kimliyi məlum olmayan qadın aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Xəsarət alan sürücü isə Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR