Şagirdlərin elektron yerdəyişməsi başlayır

Şagirdlərin elektron yerdəyişməsi başlayır
19:37 14 Avqust 2019
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Avqustun 15-də saat 15:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə start veriləcək.

Təhsil Nazirliyindən Milli.Az-a bildirilib ki, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha münasib şəkildə təşkilinə yardım edəcək.

Eyni zamanda prosesin elektronlaşdırılması tədris ili ərzində şagird yerdəyişməsinin hesabatlılığı, statistikası və digər bu kimi məlumatların tez bir zamanda əldə edilməsinə imkan yaradacaq.

Şagirdlərin yerdəyişməsinin elektronlaşdırılması ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanılmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq məqsədi daşıyır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/778208.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR