Dünyanın ən iri pinqvininin qalıqları tapıldı

Dünyanın ən iri pinqvininin qalıqları tapıldı
19:42 14 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Yeni Zelandiyada dünyanın ən iri pinqvininin qalıqları aşkar edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qalıqlar bir qrup arxeoloq tərəfindən Vaypara şəhəri yaxınlığında aparılan qazıntılar zamanı tapılıb.

Qeyd olunur ki, həmin pinqvinin boyu 1,6 metr, çəkisi isə 80 kiloqram olub. Arxeoloqlar aparılan tədqiqata əsasən, bu quşun Paleosen dövründə - 66 milyon il öncə yaşadığını qeyd edirlər.

Bu gün yaşayan ən iri pinqvindən 40 santimetr böyük olan nəhəng pinqvinə "Crossvallia waiparensis" adı verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/778191.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR