"Zirə" "Parma"nın sabiq futbolçusunu icarəyə götürüb

"Zirə" "Parma"nın sabiq futbolçusunu icarəyə götürüb
19:47 14 Avqust 2019
35 Digər
Ölkə mətbuatı
A- A+

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.
"Report"un məlumatına görə, qəsəbə təmsilçisi perulu Alvaro Ampuero ilə anlaşıb. 27 yaşlı müdafiəçi “Universidad San Martín” klubundan 1 illik icarəyə götürülüb.
Oyunçu daha öncə ölkəsində “Universitario de Deportes”, İtaliyada isə “Parma”, “Padova” və “Salernitana” komandalarının formasını geyinib. 
Qeyd edək ki, A. Ampeuro Peru yığmasının heyətində 9 oyunda meydanda olub.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/zire-parma-nin-sabiq-futbolcusunu-icareye-goturub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR