"Neftçi"ni dayandırmaq üçün əlimizdən gələni edəcəyik" - Dani Mori

"Onsuz də rəqibin gücünə, hücum xəttinə bələd idik. İndi də "Neftçi" haqda xoş sözlər deyə bilərəm. Bu, təkcə hücum xəttinə yox, bütün komandanın oyununa aiddir".

Metbuat.az-ın məlumatına görə, bu sözləri İsrailin "Bney Yehuda" klubunun futbolçusu Dan Mori Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"ylə sabahkı cavab qarşılaşması öncəsi deyib.

O bildirib ki, Bakı klubunu mübarizədən kənarlaşdırmaq üçün bütün güclərini meydanda qoyacaqlar: "Neftçi"ni dayandırmaq üçün sabah əlimizdən gələni edəcəyik. Futbolda psixoloji hazırlıq önəmlidir. Sabahkı oyun haqda tam fikirləşirik. Bilirik ki, yaxşı komandayla yenidən qarşılaşacağıq".

Qeyd edək ki, "Bney Yehuda" Bakıdakı ilk matçdan 2:2 hesablı bərabərliklə ayrılıb (APA).


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR