Azərbaycanın daha bir güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Azərbaycanın daha bir güləşçisi dünya çempionatında bürünc medal qazanıb
20:02 14 Avqust 2019
49 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın sərbəst güləşçisi Hacımurad Hacıyev Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasındakı dünya çempionatında bürünc medal qazanıb.
"Report"un məlumatına görə, 74 kq çəki dərəcəsində mübarizə aparan idmançı GürcüstanAlmaniya güləşçilərini məğlub etsə də, yarımfinalda ABŞ təmsilçisinə uduzub. Hacıyev üçüncü yer uğrunda görüşdə rusiyalı Devid Betanovu üstələyib.
Bu gün mübarizəyə qoşulan Əsgər Məmmədəliyev (61 kq), Məhəmməd Asiyatilov (86 kq), Asxab Həmzətov (92 kq) və İslam Abuyev (125 kq) medalsız qalıb.
Qeyd edək ki, ilk yarış günündə sərbəst güləşçilərdən Turan Bayramov (65 kq) və Abubakr Abakarov (79 kq) da bürünc medala sahib olub. 


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/hacimurad-haciyev-dunya-cempionatinda-ucuncu-oldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR