Türkiyə Qətərdə ikinci hərbi bazasını yaradır

Türkiyə Qətərdə ikinci hərbi bazasını yaradır
20:42 14 Avqust 2019
52 Dünya
Ölkə mətbuatı
A- A+

Qətər ərazisində Türkiyəyə məxsus ikinci hərbi bazanın tikintisi başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeni bazanın açılışı bu ilin payızında baş tutacaq.

Açılış mərasimində Qətər əmiri Tamim bin Həməd əl Tani və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyənin Qətərdəki ilk hərbi bazası paytaxt Dohadan cənubda 2015-ci ilin oktyabrından fəaliyyət göstərir. Bazada 3 minədək hərbçi xidmət edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/778206.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR