Neymar məşqlərdən kənarlaşdırıldı

PSJ-nin futbolçusu Neymar komanda ilə məşqlərdən kənarlaşdırılıb.

Metbuat.az-ın Qol.az-a istinadən xəbərinə görə, bu barədə Braziliyanın "Esporte Interativo" telekanalı məlumat yayıb. 27 yaşlı futbolçunun gələcəyi ilə bağlı qərar verilənə qədər fərdi qaydada məşq edəcəyi bildirilib.

"Diario Sport" nəşri isə yazıb ki, PSJ braziliyalı oyunçunun komandanı tərk edəcəyini bilir. Onun "Barselona" və ya "Real"a keçəcəyi vurğulanıb.

Qeyd edək ki, Neymar transfer danışıqlarına görə Fransa çempionatının 1-ci turunda "Nim"lə oyun üçün heyətə daxil edilməmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR