Gürcüstanda Belarusdan olan üç qadın turist itkin düşüb

Gürcüstanda Belarusdan olan üç qadın turist itkin düşüb
00:27 15 Avqust 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Svaneti bölgəsində Belarus vətəndaşı olan üç turist itkin düşüb.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidməti məlumat yayıb.
Hadisə Tetnuldi dağ-xizək kurortu ərazisində baş verib. Onların qadın olduqları bildirilir.
Belarus vətəndaşlarının axtarışları istiqamətində tədbirlər həyata keçirilir. Səhər saatlarından başlayaraq axtarış-xilasetmə əməliyyatlarına Sərhəd Polisinin helikopterinin cəlb olunacağı planlaşdırılır.


Xəbərin orijinal ünvanı: https://report.az/turizm/gurcustanda-belarusdan-olan-uc-qadin-turist-itkin-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR