x
Loading...

Azərbaycan rayonlarında şimşək çaxacaq, leysan xarakterli yağış yağacaq

Azərbaycan rayonlarında şimşək çaxacaq, leysan xarakterli yağış yağacaq
11:42 12 May 2015
114 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 12 may. REPORT.AZ/ Mayın 13-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 17-22 dərəcə isti olacaq.
Sabah Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Gündüz bəzi yerlərdə yağışda qısa fasilə yaranacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
Tibbi meteoroloji proqnoza gəlincə, mayın 15-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/azerbaycan-rayonlarinda-simsek-yagis-yagacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR