Bu, nüvə müharibəsinə səbəb olacaq - ŞOK XƏBƏRDARLIQ

Bu, nüvə müharibəsinə səbəb olacaq - ŞOK XƏBƏRDARLIQ
06:03 15 Avqust 2019
57 Digər
Ölkə mətbuatı
A- A+

Daha əvvəl Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilə ilə qadağan edilmiş Amerika raketləri ehtimal ki, YaponiyaCənubi Koreya ərazisində yerləşdiriləcək.

Publika.az xəbər verir ki, bu haqda ki, bunu “Ulduz” nəşrinə Geosiyasi Problemlər Akademiyasının birinci vitse-prezidenti, istefada olan1-ci dərəcəli kapitan Konstantin Sivkov bildirib.

Hərbi ekspertin fikrincə, göstərilən yerlərdə belə silahın yerləşdirilməsi Rusiya və Çində hədəflərə çatmaq üçün lazım olan vaxtı 30 dəqiqədən 5-8 dəqiqəyə qədər azaldır. Onun sözlərinə görə, söhbət xüsusi halda, qitələrarası ballistik raketlərlə silahlandırılmış sualtı gəmilərlə Rusiyanın nüvə güclərini vurmaq imkanından gedir.

İstefada olan 1-ci dərəcəli kapitanı əmindir ki, Amerika raketlərinin hədəfə çatma vaxtının azalması Rusiya raket hücumu haqqında xəbərdarlıq sisteminin səhv işləmə riskini və genişmiqyaslı nüvə müharibəsi təhlükəsini kəskin artırır.

Qeyd edək ki, Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilə avqustun 2-də rəsmən qüvvədən düşüb. ABŞ bildirib ki, məhz Rusiya tərəfindən pozulmasına görə müqavilədən çıxıb. Moskva isə dəfələrlə bəyan edib ki, müqavilə çərçivəsində hərəkət edir.

Xatırladaq ki, müqavilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən 1987-ci ildə imzalanıb. Sənəd 500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı nüvə raketlərinin istehsalını, həmçinin onların sınağını qadağan edirdi.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/287488.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR