Avropa Liqası: Bu gün pley-off mərhələsinə vəsiqə qazanacaq bütün komandalar bəlli olacaq

Avropa Liqası: Bu gün pley-off mərhələsinə vəsiqə qazanacaq bütün komandalar bəlli olacaq
06:47 15 Avqust 2019
52 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq. 
"Report"un məlumatına görə, cavab oyunları çərçivəsindəki daha 30 qarşılaşma baş tutacaq. Azərbaycanın turnirdəki təmsilçisi "Neftçi" Bakıdakı heç-heçədən sonra (2:2) İsraildə “Bney Yehuda” kollektivini məğlub etməyə çalışacaq. 
Bu gün həmçinin "ağ-qaralar" pley-off mərhələsindəki potensial rəqibləri də üz-üzə gələcək. İlk matçda rəqibini 3:0 hesabı ilə üstələyən İsveç "Malmö"sü Bosniya və Herseqovinada "Zrinski" ilə dueldə sərfəli nəticə üçün meydana çıxacaq. 
Türkiyə klublarından "Trabzonspor" Çexiya “Sparta”sını qəbul edəcək. Ünal Karamanın baş məşqçisi olduğu kollektivə səfərdəki bərabərlikdən (2:2) sonra qolsuz heç-heçə də sərf edəcək. Ölkənin digər təmsilçisi "Yeni Malatyaspor" Serbiya “Partizan”ını büdrətməyə çalışacaq. Sərgən Yalçının rəhbərlik etdiyi komanda bunun üçün ən azı 2 top fərqi ilə qələbə qazanmalıdır. İlk görüş serblərin 3:1 hesablı üstünlüyü ilə bitib.  
Avropa Liqası
III təsnifat mərhələsi, cavab görüşləri
20:00. HİK (Finlandiya) – "Riqa" (Latviya)
İlk oyun - 1:1
20:30. “Dinamo" (Tbilisi, Gürcüstan) – “Feyenoord” (Hollandiya)
İlk oyun – 0:4
20:45. “Spartak” (Moskva, Rusiya) – “Tyun” (İsveçrə)
İlk oyun - 3:2
21:00. AİK (İsveç) – "Şerif" (Moldova)
İlk oyun - 2:1
21:00. “Apollon” (Kipr) – “Austriya” (Vyana, Avstriya)
İlk oyun – 2:1
21:00. BATE (Belarus) – “Sarayevo” (Bosniya və Herseqovina)
İlk oyun - 2:1
21:00. “Bney Yehuda” (İsrail) – “Neftçi” (Azərbaycan)
İlk oyun - 2:2
21:00. “Mlada Boleslav” (Çexiya) – "Styaua" (Rumıniya)
İlk oyun - 0:0
21:00. “Şaxtyor” (Belarus) - “Torino” (İtaliya)
İlk oyun - 0:5
21:00. "Suduva" (Litva) – “Makkabi” (Təl-Əviv, İsrail)
İlk oyun -2:1
21:00. “Yeni Malatyaspor” (Türkiyə) - “Partizan” (Serbiya)
İlk oyun - 1:3
21:00. “Zarya” (Ukrayna) – MOİK (Bolqarıstan)
İlk oyun - 1:1
21:00. "Zrinski" (Bosniya və Herseqovina) – “Malmö” (İsveç)
İlk oyun - 0:3
21:30. “Hapoel Bier-Şeva” (İsrail) – “Norrçepinq” (İsveç)
İlk oyun - 1:1
21:30. TNS (Uels) – "Ludoqorets" (Bolqarıstan)
İlk oyun - 0:5
21:30. “Trabzonspor” (Türkiyə) – “Sparta” (Çexiya)
İlk oyun - 2:2
22:00. AEK (Yunanıstan) – "Universitatya” (Krayova, Rumıniya)
İlk oyun - 2:0
22:00. "Valletta" (Malta) – "Astana" (Qazaxıstan)
İlk oyun - 1:5
22:00. “Viktoriya” (Çexiya) – “Antverpen” (Belçika)
İlk oyun - 0:1
22:30. “Alkmaar” (Hollandiya) – “Mariupol” (Ukrayna)
İlk oyun - 0:0
22:30. “Gent” (Belçika) – AEK (Kipr)
İlk oyun - 1:1
22:30. PSV (Holldnaiya) – “Hoqesun” (Norveç)
İlk oyun - 1:0
22:30. “Ayntraxt” (Almaniya) – “Vaduts” (Lixtenşteyn)
İlk oyun - 5:0
22:30. “Aris” (Yunanıstan) – “Molde” (Norveç)
İlk oyun - 0:3
22:30. “Strasburq” (Fransa) – “Lokomotiv” (Plovdiv, Bolqarıstan)
İlk oyun - 1:0
22:45. “Vulverhempton” (İngiltərə) – “Pünik” (Ermənistan)
İlk oyun - 4:0
22:45. “Braqa” (Portuqaliya) – "Bröndbü" (Danimarka)
İlk oyun - 4:2
22:45. "Aberdin" (Şotlandiya) – “Riyeka” (Xorvatiya)
İlk oyun - 0:2
22:45. “Reyncers” (Şotlandiya) – “Midtyulland” (Danimarka)
İlk oyun - 4:2
23:00. “Espanyol” (İspaniya) - “Lütsern” (İsveçrə)
İlk oyun - 3:0


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avropa-liqasinda-iii-tesnifat-merhelesine-yekun-vurulacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR