Keyt Blanşett aktyor karyerasını bitirməyi planlaşdırır

Keyt Blanşett aktyor karyerasını bitirməyi planlaşdırır
07:42 15 Avqust 2019
42 Digər
Ölkə mətbuatı
A- A+

Avstraliyalı aktrisa, iki "Oskar" mükafatı laureatçısı Keyt Blanşett yaradıcılıq karyerasını bitirmək barədə düşünür.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü rejissor Riçard Linkleyterin dünyanın o başında xoşbəxtlik axtaran qadının şəxsi dramından bəhs edən "Hara yoxa çıxdın, Bernadett?" (Where'd You Go Bernadette, 2019) adlı filminin Nyu-Yorkda təqdimatından sonra aktrisadan müsahibə alan "Vulture" internet portalı yazıb.
"Bəli, mənim üçün dayanmaq vaxtı gəlib. Tamamilə doğrudur. Və mən əminəm ki, dünyanın istənilən yerindən olan tamaşaçılar bu filmə baxıb deyəcəklər: Bəli, həqiqətən də onun üçün dayanmağın vaxtı çatıb", - deyə aktrisa jurnalistin "onun fevral ayında söylədiyi kimi həqiqətənmi karyerasını bitirməyi düşünməsi"nə dair sualına cavabında bildirib.
Keyt Blanşettin sözlərinə görə, o, "öncədən üzr istəmək niyyətindədir", lakin eyni zamanda etiraf edib ki, o, hər dəfə çəkilişləri yekunlaşdırdıqda bu cür fikirlər ağlına gəlməyə başlayır.
"Bəli, hər dəfə belə olur", - deyə aktrisa əlavə edib.


Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/keyt-blansett-aktyor-karyerasini-bitirmeyi-planlasdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR