Neymar məşqlərdən kənarlaşdırıldı

Neymar məşqlərdən kənarlaşdırıldı
08:05 15 Avqust 2019
55 İdman
Ölkə mətbuatı
A- A+

PSJ-nin futbolçusu Neymar komanda ilə məşqlərdən kənarlaşdırılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Braziliyanın "Esporte Interativo" telekanalı məlumat yayıb. 27 yaşlı futbolçunun gələcəyi ilə bağlı qərar verilənə qədər fərdi qaydada məşq edəcəyi bildirilib.

"Diario Sport" nəşri isə yazıb ki, PSJ braziliyalı oyunçunun komandanı tərk edəcəyini bilir. Onun "Barselona" və ya "Real"a keçəcəyi vurğulanıb.

Qeyd edək ki, Neymar transfer danışıqlarına görə Fransa çempionatının 1-ci turunda "Nim"lə oyun üçün heyətə daxil edilməmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/778228.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR