Tramp: ABŞ-ın problemi Çin yox, FES-dir

Tramp: ABŞ-ın problemi Çin yox, FES-dir
08:22 15 Avqust 2019
73 Dünya
Ölkə mətbuatı
A- A+

Federal Ehtiyyatlar Sistemi (FES) faiz dərəcəsini çox ləng azaldır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu öz "Twitter" səhifəsində ABŞ prezidenti Donald Tramp yazıb.

D.Tramp bildirib: "Çin bizim üçün problem deyil, lakin Honqkonq ətrafındakı vəziyyət məsələyə kömək etmir. Bizim problemimiz FES-dir. Həddən artıq çox və həddən artıq tez yüksəltdilər. İndi isə çox ləng azaldırlar".

Onun sözlərinə görə, dövlət istiqrazlarının gəlirliliyi çox böyükdür və digər ölkələr əlacsız Cey Pauelə və FES-ə "təşəkkür" edirlər: "Almaniya və digərləri bu oyunu oynayırlar! Mənfi və düzgün olmayan gəlir! Biz daha çox gəlir əldə etməliyik, FES isə buna imkan vermir. Biz qalib gələcəyik!".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/778235.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR