Ordumuzda olan Xorvatiya istehsalı MƏRMİATAN snayper silahı

Ordumuzda olan Xorvatiya istehsalı MƏRMİATAN snayper silahı
08:33 15 Avqust 2019
40 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Sərhəd Xidməti Xorvatiya istehsalı olan yeni snayper silahı alıb.

Maks M-4 snayper silahı 12.7x 99 mm çaplıdır. Silah 2500 metrlik məsafədə hədəfi dəqiq vurmaqla məhv edə bilir. Silahın darağı 5 ədəd güllə tutur. Snayper, həmçinin 12,77 mm-lik partlayan mərmi də ata bilir. 13,55 kiloqram çəkiyə malik olan silahın uzunluğu 1475 mm-dir. Silahın gülləsinin sürəti 875 m/saniyədir. Silah Amerika Birləşmiş Ştatlarının istehsalı olan optik nişangahla təchiz olunub.

Snayper artıq Dövlət Sərhəd Xidmətinin silahlanmasına daxil edilib və istifadəsinə başlanılıb (Trend).


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/287500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR