Rusiya kosmik yanacaq doldurma məntəqəsi yaradacaq

Rusiya kosmik yanacaq doldurma məntəqəsi yaradacaq
08:37 15 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Rusiya kosmik enerji təminatı məntəqəsini yaratmaq niyyətindədir. Belə məntəqələr orbitə yaxın yerdə yerləşdirilərək, müəyyən qrup robotların vasitəsi ilə peykləri enerji ehtiyatı ilə təmin edəcək.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, kosmik aparat (KA) şar formasında hazırlanacaq. Şarın yuxarı və aşağı yarımkürə hissəsində günəş batareyaları və fotoelektrik modullar yerləşdiriləcək. Robotun içərisində akkumulyatorlar və impuls enerji yükləyən aparatları yerləşdiriləcəyi bildirilir. Bu qurğuların vasitəsi ilə enerji yığımı və ötürülməsi mümkün olacaq. KA-nın iş fəaliyyəti, "Cospas-Sarsat" kiçik beynəlxalq axtarış-xilasedici aparatlarının, həmçinin internet ötürücü, video və radio əlaqə peyklərin fasiləsiz iş rejimini təmin etməkdən ibarət olacaq. Qeyd edildiyi kimi, enerji doldurma məntəqələrinin fəaliyyəti kosmik aparatların iş fəaliyyət vaxtını artırmış olacaq. Belə bir texnologiyanın vasitəsi ilə xərclərinin də azaldılacağı qeyd edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/777917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR