Bu günün HAVAsı

Bu günün HAVAsı
09:42 15 Avqust 2019
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 15-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-24, gündüz 30-34, Bakıda gecə 20-22, gündüz 32-34 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz olacaq.

Çimərliklərdə mülayim cənub küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

Rayonlarda avqustun 15-də havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və şərq rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Avqustun 15-16- da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, cənub küləyinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/778253.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR