Ucarda qəribə varlıq peyda oldu - İNSANLAR TƏŞVİŞ İÇİNDƏ - VİDEO

Ucarda qəribə varlıq peyda oldu - İNSANLAR TƏŞVİŞ İÇİNDƏ - VİDEO
09:48 15 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Ucar rayonunun Çiyni kəndinin sakinləri bir neçə gündür ki, qəribə varlıqla üzləşdiklərini deyirlər.

Kənddə peyda olan əcaib varlıq insanları təşvişə salıb.

Kənd sakinləri iddia edir ki, bir neçə gündür kənddə qəribə varlıq ortaya çıxıb. Xüsusən də gecələr həyətlərə girir, küçələrdə insanların qabağına çıxır. İnsanlar başdan ayağa tüklü olan bu canlının nə olduğunu müəyyən edə bilmirlər. O, həm də çox sürətlə qaçır.

Sakinlər deyir ki, onlar ehtiyat etdiyindən gündüzlər əllərində ağac parçaları ilə gəzirlər. Onların sözlərinə görə, naməlum varlıq hündür divarlara da dırmaşır.

Sakinlər bununla bağlı polisə də müraciət ediblər. Rayon polis şöbəsindən "Xəzər Xəbər"ə verilən məlumata görə, kəndə polis əməkdaşları cəlb olunub.

Gecə saatlarında da kənddə yoxlamalar aparılır. Çiyni kənd icra nümayəndəsi Vüqar Zeynalov da "Xəzər Xəbər"ə bildirib ki, vətəndaşlarla söhbətlər aparılıb. Onlara gecə saatlarında tək gəzməmələri tövsiyə olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbərin orijinal ünvanı: https://publika.az/news/gozellik/287506.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR