KİV: “Huawei” şirkətinin xarici ölkələrdə müxalifətin təqib olunmasında əli var

KİV: “Huawei” şirkətinin xarici ölkələrdə müxalifətin təqib olunmasında əli var
10:02 15 Avqust 2019
31 Digər
Ölkə mətbuatı
A- A+

“Huawei” şirkətinin mütəxəssisləri UqandaZambiya hökumətlərinə müxalifət nümayəndələrinin yerini təyin etməkdə və ismarışlarını oxumaqda yardım ediblər.
“Report” “The Wall Street Journal”ə istinadən xəbər verir ki, mənbələrin dediyinə görə, ötən il Uqanda xüsusi xidməti guya sırf “Huawei” əməkdaşlarının köməyi ilə müstəqil millət vəkili, Bobi Vayn ləqəbli tanınmış musiqiçi Robert Kyaqulanyinin şifrəli yazışmalarını oxuya, daha sonra da özünü və bəzi tərəfdarlarını həbs edə, təşkil etdikləri etiraz aksiyalarının qarşısını alıb. Bu məlumatı sözügedən respublikanın xüsusi xidmət əməkdaşları tərəfindən təsdiqləndiyi də bildirilir.
Zambiyada isə “Huawei” mütəxəssislərinin köməyi ilə polis müxalifət nümayəndələrinin smartfonlarına, "Facebook" səhifələrinə daxil olub və bunun nəticəsində onlar həbs olunublar.
Şirkətdən isə bütün bunları təkzib ediblər. Həmçinin “Huawei”in sadalanan fəaliyyətlərindən Çin rəsmilərinin xəbəri olduğuna dair sübutların əldə edilmədiyi də qeyd olunur.


Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/huawei-in-xarici-olkelerde-muxalifetin-teqib-olunmasinda-eli-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR