Bu gündən başlayır - Abituriyentlərin DİQQƏTİNƏ

Bu gündən başlayır - Abituriyentlərin DİQQƏTİNƏ
10:03 15 Avqust 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

Bu gündən Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb.

Publika.az xəbər verir ki, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər (həmçinin subbakalavrlar) avqustun 15-dən 27-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Xatırladaq ki, ali təhsil müəssisələrinin müsabiqəsində 58258 nəfər iştirak edib. Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/elmvetehsil/287508.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR