Gürcüstanda itkin düşən turistlərin axtarışlarına helikopter cəlb olunub

Gürcüstanda itkin düşən turistlərin axtarışlarına helikopter cəlb olunub
10:12 15 Avqust 2019
39 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Svaneti bölgəsində Tetnuldi dağında ötən gün axşam saatlarında itkin düşən Belarusdan olan üç qadın turistin axtarışları bərpa olunub.
“Report”un yerli bürosu xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq axtarış-xilasetmə əməliyyatlarına Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin helikopteri cəlb olunub.
Qeyd edək ki, ötən axşam əcnəbilərin axtarışları heç bir nəticə verməyib. Qaranlıq düşdüyündən axtarışlar dayandırılıb. Düşərgəyə qayıdarkən yoxa çıxan qadın turistlərin ikisinin, təxminən, 60, digərinin isə 36 yaşı var. 


Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanda-itkin-dusen-turistlerin-axtarislarina-helikopter-celb-olun

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR