Anası telefonunu əlindən alan qız soyuducu ilə tvit atdı - Maraqlı olay

Doroti adlı ABŞ-lı qız üçün "Tvitter"də kampaniya başladılıb. "Dorotiyə azadlıq" adlı kampaniyanın səbəbi və hekayəsi isə çox maraqlıdır.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, yemək bişirdiyi zaman telefondan video izləyən və fikri videoda qaldığı üçün kiçik yanğın çıxardan 15 yaşlı Doroti cəza olaraq anası tərəfindən telefonundan məhrum edilib.

2 həftə öncə telefonuna anası tərəfindən əl qoyulan qız ilk olaraq "Nintendo 3DS" oyun konsulundan tvit ataraq bildirib: "Sonuna qədər gedirəm. Anam telefonumu aldı. Hamınız üçün darıxacağam. Ağlayıram. Sağolun".

Sabahısı gün isə anası tərəfindən "Dorotinin oyun konsulundan "Tvitter"ə girdiyini gördüm, bu hesab silinəcək" deyə tvit atılıb.

Anası bu cihaza da əl qoyduqdan sonra Doroti son çarə olaraq "LG" markalı soyuducunu seçib. O soyuducu ilə tvit atıb: "Bu tvitin çatıb çatmayacağını bilmirəm. Soyuducu ilə yazıram. Çünki, anam bütün cihazlarımı əlimdən aldı".

İngilis "Quardian" qəzetinə danışan Doroti "Anan niyə sadəcə olaraq internet bağlantısını kəsmir?" sualına belə cavab verib: "Anam texnologiya məsələlərində çox da yaxşı deyil".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR